Nazir müavini: "Azərbaycan və Aİ aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqları davam etdirməyə hazırdır"

Nazir müavini: "Azərbaycan və Aİ aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqları davam etdirməyə hazırdır" Məmmədquliyev: "Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir"
Xarici siyasət
23 İyun , 2016 12:14
Nazir müavini: Azərbaycan və Aİ aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə danışıqları davam etdirməyə hazırdır

Bakı. 23 iyun. REPORT.AZ/ "Azərbaycan aviasiya sahəsində əməkdaşlıq haqqında saziş ilə bağlı Avropa İttifaqı ilə danışıqlara başlamışdı, amma sonra danışıqlar dayandırıldı".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan və Aİ bu istiqamətdə danışıqları davam etdirməyə hazırdır: "Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr davam edir. Azərbaycan bir neçə təklif irəli sürüb. Aİ onları nəzərdən keçirməli və yekun fikrini açıqlamalıdır, eyni zamanda danışıqların başlama tarixini də elan etməlidir".

Nazir müavini qeyd edib ki, sazişin məqsədi aviasiya sahəsində əlaqələri inkişaf etdirməkdir.

Öz növbəsində, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mövzuyla əlaqədar danışarkən bildirib ki, Aİ də bu məsələ ilə bağlı danışıqlara başlamağa hazırdır: "Bu, həm Azərbaycana, həm də Aİ-yə müsbət təsir edəcək. Saziş aviasiya sektorunda rəqabət qabiliyyətini artıracaq. Bu yaxınlarda Azərbaycan ABŞ ilə "açıq səma" müqaviləsi imzalayıb və biz də bu sahədə Azərbaycanla saziş imzalamaq niyyətindəyik. Bu, Avropa avaişirkətlərinin Azərbaycandakı işini asanlaşdıracaq".

Son xəbərlər

Orphus sistemi