Nazir müavini: "Azərbaycan Tacikistanla ticarətin möhkəmləndirilməsində maraqlıdır"

Nazir müavini: "Azərbaycan Tacikistanla ticarətin möhkəmləndirilməsində maraqlıdır" Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Tacikistanla ticarət dövriyyəsinin artırılması məsələsinə böyük diqqət yetirir.
Xarici siyasət
21 Noyabr , 2018 13:08
Nazir müavini: Azərbaycan Tacikistanla ticarətin möhkəmləndirilməsində maraqlıdır
0 : 00
0 : 00

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan Tacikistanla ticarət dövriyyəsinin artırılması məsələsinə böyük diqqət yetirir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Tacikistanda "Roqun" SES-in tikintisinə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, bu ilin avqust ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri də ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsinə töhfəsini verib.

"Bu səfərin yekununda bir sıra mühüm sənədlər imzalandı. Hesab edirik ki, bu, əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldırıb", - R.Məmmədov bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, Tacikistanda "Roqun" SES-in fəaliyyət başlaması region ölkələrin inteqrasiyasının gücləndirilməsində böyük rol oynayacaq və Tacikistana beynəlxalq arenada əməkdaşlığını genişləndirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi