Nazir: "Latviya Azərbaycana ixrac etdiyi məhsulların çeşidini genişləndirməkdə maraqlıdır"

Nazir: "Latviya Azərbaycana ixrac etdiyi məhsulların çeşidini genişləndirməkdə maraqlıdır" Reyznietse-Ozola nəqliyyat sektorunda əməkdaşlığın artırılmasının vacibliyini qeyd edib
Xarici siyasət
26 Noyabr , 2015 15:44
Nazir: Latviya Azərbaycana ixrac etdiyi məhsulların çeşidini genişləndirməkdə maraqlıdır

Bakı. 26 noyabr. REPORT.AZ/ "Latviya Azərbaycana ixrac etdiyi məhsulların çeşidini genişləndirməkdə maraqlıdır".

Bunu "Report"a açıqlamasında "Latviyanı duyun" tədbiri üçün Bakıya gəmiş Latviyanın iqtisadiyyat naziri xanım Dana Reyznietse-Ozola deyib.

Nazirin sözlərinə görə, Latviyanın pendir, yoqurt, qatıq və digər dadlı süd məhsulları var və onlar Bakıda mağazaların rəflərində özlərinə yer tapa bilər.

Nazir, həmçinin Latviya istiqamətində nəqliyyat sisteminin genişləndirilməsinin vacibliyini qeyd edib: "İki ölkə arasında yaxşı siyasi münasibətlər var, emosional planda bir-birimizə yaxınıq, lakin fiziki olaraq çox uzağıq. Mən sizin həm də Riqaya aid olacaq yeni layihələrinizi gözləyirəm. Nəsə satmaq istəyirsənsə, sərfəli nəqliyyat dəhlizlərinə malik olmalısan".

Latviyalı nazir bildirib ki, hazırda ölkəsində Azərbaycan investisiyaları ilə 100-dən çox şirkət fəaliyyət göstərir, eyni zamanda maliyyə və kənd təsərrüfatı sahəsində bir neçə Latviya şirkəti Azərbaycanda işini davam etdirir. Xanım Reyznietse-Ozolanın fikrincə, bu, iki ölkə arasında əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu göstərir.

Son xəbərlər

Orphus sistemi