Nazir: "Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr genişlənir"

Xarici siyasət
  • 31 iyul, 2019
  • 13:41
Nazir: Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr genişlənir

“Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr, o cümlədən enerji sahəsində əməkdaşlıq getdikcə güclənir”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa işləri naziri Kristofer Pinçer “Twitter”dəki səhifəsində yazıb.

Nazir həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etdiyini, yaxın vaxtda Bakıya səfər edəcəyini bildirib.

44 filmi