Nazir: "Beynəlxalq təşkilatları maksimum səy göstərməyə çağırırıq"

Nazir: "Beynəlxalq təşkilatları maksimum səy göstərməyə çağırırıq" "Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcək"
Xarici siyasət
30 İyun , 2021 14:39
Nazir: Beynəlxalq təşkilatları maksimum səy göstərməyə çağırırıq
Ceyhun Bayramov

"Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcək. Gücləndirilmiş regional əməkdaşlıq inkişafı gücləndirməklə yanaşı, bölgədə hərbi alovlanma riskini azaldacaq və sülh və sabitliyi möhkəmləndirəcək iqtisadi payların yaradılmasına kömək edə bilər".

"Report"un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov QDİƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.

"Silahlı qarşıdurmanın sona çatması ilə yaranan sülh, təhlükəsizlik və əməkdaşlıq vizyonunu reallaşdırmaq üçün QDİƏT də daxil olmaqla, beynəlxalq ictimaiyyətin maksimum səy göstərməsini gözləyirik. Azərbaycan ortaya çıxan fürsətlərin Təşkilat və ayrı-ayrı üzv dövlətləri tərəfindən lazımi səviyyədə başa düşüləcəyini və adekvat şəkildə qiymətləndiriləcəyini arzulayır", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi