Nazir: “Azərbaycan ilk vaxtlardan pandemiyaya qalib gəlmək üçün qlobal həmrəyliyin tərəfdarı olub”

Nazir: “Azərbaycan ilk vaxtlardan pandemiyaya qalib gəlmək üçün qlobal həmrəyliyin tərəfdarı olub” Azərbaycan ilk vaxtlardan etibarən həm milli, həm də Qoşulmama Hərəkatının Sədri qismində pandemiyaya qalib gəlmək üçün daha böyük qlobal həmrəyliyin tərəfdarı olmuşdur və bu məqsədlə bir sıra qlobal təşəbbüslər irəli sürüb.
Xarici siyasət
25 Sentyabr , 2022 01:11
Nazir: “Azərbaycan ilk vaxtlardan pandemiyaya qalib gəlmək üçün qlobal həmrəyliyin tərəfdarı olub”

Azərbaycan ilk vaxtlardan etibarən həm milli, həm də Qoşulmama Hərəkatının Sədri qismində pandemiyaya qalib gəlmək üçün daha böyük qlobal həmrəyliyin tərəfdarı olmuşdur və bu məqsədlə bir sıra qlobal təşəbbüslər irəli sürüb.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına cavab olaraq BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsü BMT-yə üzvlüyün geniş dəstəyini qazanıb. Qoşulmama Hərəkatı adından Azərbaycan, həmçinin üzv dövlətlərin böyük dəstəyi ilə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında qəbul edilmiş COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal əlçatanlığın təmin edilməsinə dair qətnamələri müzakirəyə çıxarıb:

“Azərbaycan ölkə daxilində effektiv peyvəndləmə kampaniyası ilə yanaşı, ehtiyacı olan ölkələrə əhəmiyyətli miqdarda COVID-19 peyvəndləri bağışlamışdır. Biz pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə beynəlxalq yardım göstərmişik.

Pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və COVID-19 pandemiyasından sonrakı qlobal bərpa üçün səylərimizin birləşdirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan Prezidenti bununla əlaqədar olaraq BMT-nin pandemiyadan sonrakı qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu, yaxın aylarda Bakıda keçiriləcək COVID-19 pandemiyası ilə mübarizə üzrə Qoşulmama Hərəkatının Təmas Qrupunun qarşıdan gələn Zirvə Görüşündə müzakirə olunacaq mövzulardan biri olacaq”.

Son xəbərlər

Orphus sistemi