Nazir: "Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığı sazişi ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcək"

Nazir: "Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığı sazişi ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcək" Elmar Məmmədyarov Aİ-nin Azərbaycanla strateji tərəfdaşlıqla bağlı danışıqların aparılması üçün mandatın verilməsini təqdir edib
Xarici siyasət
30 Yanvar , 2017 16:00
Nazir: Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığı sazişi ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Nazir Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Kristian Danielson Avropa İttifaqının Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub.

Görüşdə həmçinin Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi