Naycel Elluey: “Azərbaycan azad edilmiş ərazilərin bərpası istiqamətində heyrətamiz işlər görür”

Naycel Elluey: “Azərbaycan azad edilmiş ərazilərin bərpası istiqamətində heyrətamiz işlər görür” “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində heyrətamiz işlər görür”.
Xarici siyasət
26 May , 2023 16:31
Naycel Elluey: “Azərbaycan azad edilmiş ərazilərin bərpası istiqamətində heyrətamiz işlər görür”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində heyrətamiz işlər görür”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Partlayıcı Silahlar üzrə Parlament Qrupunun katibliyinin rəhbəri və siyasi direktoru Naycel Elluey Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda çıxışı zamanı deyib.

“Biz başqa dövlətlərin hökumətləri ilə danışarkən Azərbaycanın təcrübəsindən istifadə etmək istərdik”, - deyə o bildirib.

N.Elluey vurğulayıb ki, dünən Ağdamda gördükləri Azərbaycanın bu ərazilərdə infrastrukturun tezliklə bərpası üçün əlindən gələni etdiyini sübut edir.

Qeyd edək ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır – işğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub (57-i həlak olub, 245-i yaralanıb). Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur.

“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verir.

Konfransın ilk günü mayın 25-də Ağdamda keçirilib. Qonaqlar panel müzakirələrdə iştirak ediblər. Onlar Ağdama səfər çərçivəsində bərpa-quruculuq planları ilə tanış olublar.

İkinci beynəlxalq humanitar minatəmizləmə konfransında 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxslər - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi