Nauseda: “Azərbaycan və Litvanın iqtisadi əməkdaşlıq üçün böyük potensialı var”

Nauseda: “Azərbaycan və Litvanın iqtisadi əməkdaşlıq üçün böyük potensialı var” “Azərbaycan və Litvanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”.
Xarici siyasət
18 May , 2022 18:25
Nauseda: “Azərbaycan və Litvanın iqtisadi əməkdaşlıq üçün böyük potensialı var”

“Azərbaycan və Litvanın iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var”.

“Report” xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya bazarında mövcud şəraitdə Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm həlqələrdən biri kimi rolu güclənir və bu, ölkəni Litva üçün cəlbedici ticarət tərəfdaşına çevirir və biznesin inkişafı üçün imkanlar yaradır.

G.Nauseda bildirib ki, yüksək texnologiyalar, informasiya texnologiyaları, qida sənayesi, logistika və bərpa olunan enerji kimi sahələrdə Litva Azərbaycana maraqlı ola bilər.

“Litva Azərbaycandan olan biznes tərəfdaşlarına təklif edəcək bir çox şeyə malikdir: bizim yeddi azad iqtisadi zonamız var, Avropanın ən inkişaf etmiş rəqəmsal infrastrukturlarından birinə, qabaqcıl nəqliyyat və logistika sektoruna, Klaypeda limanına, həmçinin iri və şaxələndirilmiş kənd təsərrüfatı sektoruna malikik”, - o söyləyib.

Biznes forum zamanı Azərbaycan və Litvanın dövlət və özəl sektorunun nümayəndələri ticarət, texnologiya, rəqəmsallaşma, nəqliyyat və logistika, innovasiyalar, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığın genişləndirilməsinə dair 7 memorandum imzalayıblar.

G.Nauseda həmçinin Azərbaycanın bines nümayəndə heyətini Litvaya səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi