NATO Baş katibi Azərbaycanda səfərdədir - YENİLƏNİB

NATO Baş katibi Azərbaycanda səfərdədir - YENİLƏNİB NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Xarici siyasət
17 Mart , 2024 19:42
NATO Baş katibi Azərbaycanda səfərdədir - YENİLƏNİB

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Azərbaycan və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

18:20

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

"Report" xəbər verir ki, bu barədə NATO-nun "X" hesabında paylaşım edilib.

    Paylaşımda deyilir ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.

    Qeyd edək ki, Stoltenberq səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

    Son xəbərlər

    Orphus sistemi