NATO Baş katibi Gürcüstanın müdafiə naziri ilə görüşüb

Xarici siyasət
  • 16 iyun, 2022
  • 06:52
NATO Baş katibi Gürcüstanın müdafiə naziri ilə görüşüb

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüş NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində baş tutub.

Toplantı çərçivəsində gürcü nazirin bir sıra həmkarları ilə də ikitərəfli görüşləri olub.