"Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir" - RƏY

"Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir" - RƏY Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun Sədrin birinci müavini təyin edilməsi böyük təəssüf hissi və narazılıq yaradır.
Xarici siyasət
3 Oktyabr , 2024 23:09
Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir - RƏY

Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun Sədrin birinci müavini təyin edilməsi böyük təəssüf hissi və narazılıq yaradır.

Bunu "Report"a Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

O deyib ki, Natali Luazo Vətən müharibəsinin və lokal xarakterli antiterror tədbirlərinin yaratdığı hüquqi və siyasi reallıqları qəbul edə bilməyən, fəaliyyətində beynəlxalq hüququn norma və priniplərinə hörmətsizlik nümayiş etdirən bir siyasətçidir:

"Ermənipərəst qüvvələrin tam təsiri altında olan Luazo Cənubi Qafqazda qarşıdurma və konfrantasiyanın yenidən baş qaldırması üçün 2020-ci ildən bəri əlindən gələni edir. Suverenliyini bərpa etmiş Azərbaycana qarşı qarayaxma kampaniyasının qızğın iştirakçılarından olan Luazo ölkəmiz haqqında dezinformasiya yaymaqda davam edir. O, fəaliyyətində açıq-aşkar və davamlı olaraq separatizmi dəstəkləyir".

Deputatın sözlərinə görə, qərəzli mövqeyi ilə seçilən Luazo, həmçinin Avropa Parlamenti ilə Azərbaycan arasında da əməkdaşlıq və konstruktiv dialoqu dəstəkləmir, davamlı olaraq konfrontasiya yaratmağa çalışır: "Bu və digər əlaqəli səbəblərdən bu təyinatla bağlı haqlı olaraq suallar yaranır. Cənubi Qafqazda əməkdaşlıq və dialoqun təşviqi yolunu rədd edən bu tipli şəxsin təyinatı ilə Avropa Parlamenti Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına necə töhfə verə bilər? Siyasi karyerasında anti-Azərbaycan fəaliyyəti və qərəzli yanaşması ilə seçilən bu şəxsin təyinatından parlamentlərarası əməkdaşlıqda yaxşı nə gözləmək olar?"

"Avropa Parlamentinin ikili standartlarla dolu yanaşması həm Avropa Parlamenti ilə Azərbaycan arasında olan əməkdaşlığa xələl gətirir, həm də Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranmasına əngəl törədir", - R.Nəbiyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi