Sergey Markov: "Nasistləri göyə qaldıranlar eyni siyasəti yeritməyə meyllidirlər"

Sergey Markov: "Nasistləri göyə qaldıranlar eyni siyasəti yeritməyə meyllidirlər" “Hitlerlə əlbir olanları tərənnüm etmək təkcə keçmişlə yox, gələcəklə də bağlı olan çox təhlükəli haldır”.
Xarici siyasət
14 May , 2020 18:35
Sergey Markov: Nasistləri göyə qaldıranlar eyni siyasəti yeritməyə meyllidirlər
Sergey Markov

“Hitlerlə əlbir olanları tərənnüm etmək təkcə keçmişlə yox, gələcəklə də bağlı olan çox təhlükəli haldır”.

Bunu “Report”un Rusiya bürosuna politoloq Sergey Markov “Daşnaksütyun”un Hitlerə, Holokosta rəğbətini ifşa edən sənədin ABŞ Konqresində üzə çıxmasını şərh edərkən bildirib.

“Adolf Hitlerin nasist rejimi kimi bəşəriyyətin amansız bəlası ilə, onunla əməkdaşlıq etmiş şəxslərlə öz siyasi taleyini bağlamaq istəyi haradandır? Məncə, bunun səbəbi aydındır, belələri eyni siyasət yeritmək, millətçi şüarlarla gəncləri zəhərləyib hərbi cinayətlərə sövq etmək istəyirlər. Njde azərbaycanlıları da öldürüb, rusları da. Onun bu millətçi təməlli cinayətlərinə bu gün bəraət qazandırmaq istəyirlər. Deməli, eyni səpkili cinayətlər üçün zəmin hazırlayırlar”, - ekspert qeyd edib.

Ermənistan baş naziri Nikol Paşinyanın babası ilə bağlı ortaya çıxan vəziyyətə münasibət bildirən rusiyalı politoloq Ermənistan liderinin babası ilə bağlı şəkilləri, sənədləri dərc etdirməklə özünü çətin vəziyyətə saldığını qeyd edib: “Babasının qəhrəman olduğunu zənn edirdi, amma üzə çıxarılan sənədlərdən onun SS-in erməni legionu ilə əməkdaşlıq etməsi ehtimalı ortaya atıldı. Məncə, bununla bağlı ətraflı araşdırma aparılmalıdır. Fikrimcə, Nikol Paşinyan özü də bu yeni məlumatlardan pərt olub, hər halda susur. İndi düşmən tərəfinə keçib Hitlerin erməni legionunda vuruşmuş həmin şəxsin sadəcə həmsoyad, yoxsa, doğrudan da, Nikol Paşinyanın babası olduğunu aydınlaşdırmağa çalışırlar”.

İkinci Dünya müharibəsi illərində nasist Almaniyasının ordusunda bir sıra millətlərin nümayəndələrindən ibarət hərbi hissələrin, yəni milli legionların olduğunu xatırladan rusiyalı politoloq bununla bağlı deyib: “İndi məsələ hansısa əməkdaşlığın olub-olmamasında yox, bu insanlara necə münasibət bəsləməli olduğumuzdadır. Hitler rejimilə əməkdaşlıq etmiş hər kəs qətiyyətlə pislənməlidir. Odur ki, Qaregin Njde kimilərə heykəllər ucaltmaq yolverilməzdir, Hitlerlə əlbir olanları göyə qaldırmaq, onları nümunə göstərmək istəyinin bariz ifadəsidir”.

Son xəbərlər

Orphus sistemi