Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib

Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib "Qrup konsensus əldə edib, nəticədə də Bakı bəyannaməsi qəbul edilib"
Xarici siyasət
26 Aprel , 2016 15:26
Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib

Bakı. 26 aprel. REPORT.AZ/ "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı bəyannaməsi qəbul edilib".

"Report" xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı (BMT-nin Sivilizasiyalar Alyansı) zamanı deyib.

O, qrupun konsensus əldə etdiyini, nəticədə də Bakı bəyannaməsinin qəbul edildiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakdan imtina edərək tərəflərin konsensus əldə etməyəcəyi və forumun bəyannaməsinin qəbul olunmayacağı ilə bağlı bəyanat yaymışdı.

Son xəbərlər

Orphus sistemi