NASA astronavtı Azərbaycana gələcək

NASA astronavtı Azərbaycana gələcək Bakı. 8 dekabr. REPORT.AZ/ NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı Heide Piperi dekabrın 10-12-də Azərbaycana səfər edəcək.
Xarici siyasət
8 Dekabr , 2017 16:38
NASA astronavtı Azərbaycana gələcək

Bakı. 8 dekabr. REPORT.AZ/ NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı Heide Piperi dekabrın 10-12-də Azərbaycana səfər edəcək.

“Report”un xəbərinə görə, səfəri ABŞ-ın Azərbaycandakı səfirliyi təşkil edir.

Səfər çərçivəsində H.Piperi Kürdəmir Amerika Mərkəzinə səfər edəcək, Milli Müdafiə kollecində, Azərbaycan Milli Elmlər Akademiyasında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olacaq, konfrans və təqdimatlarda iştirak edəcək. O həmçinin Bakı Amerika Mərkəzində STEM MOOC məzunları ilə görüşəcək və Bakı Amerika Mərkəzində karyera inkişafı sessiyasında iştirak edəcək.

Qeyd edək ki, bu, NASA astronavtlarının Azərbaycana ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi