Müvəqqəti işlər vəkili: “Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə çalışır”

Müvəqqəti işlər vəkili: “Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə çalışır” “Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə ümid edir”.
Xarici siyasət
26 Yanvar , 2023 20:24
Müvəqqəti işlər vəkili: “Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə çalışır”

“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə ümid edir”.

“Report” xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar ölkənin Respublika Gününün 74 illiyi münasibətilə keçirilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq 2005-ci ildəki təqribən 50 milyon ABŞ dollarından 2021-ci ildə 739 milyon ABŞ dollarına çatıb, 2022-ci ildə isə artım davam edib və dövriyyə 1 milyard 882 milyon ABŞ dollarına yüksəlib.

“Bu müddət ərzində Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub”, - o əlavə edib.

İkitərəfli əməkdaşlığın digər məsələlərinə də toxunan V.Kumar Hindistan və Azərbaycan arasında səmimi münasibətlərin və dərin tarixi bağların olduğunu qeyd edib: “Ölkələrimizi və xalqlarımızı multikulturalizmə və tolerantlığa ümumi hörmət bağlayır. Diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində əlaqələrimiz bir çox sahələrdə genişlənib və şaxələnib”.

O, həmçinin Azərbaycan Hava Yollarının 2022-ci ilin avqust ayından etibarən Delhi və Bakı arasında həftədə iki dəfə birbaşa reyslər həyata keçirməsini vurğulayaraq, bunu turizm sahəsində uğurlu əməkdaşlığa nümunə kimi göstərib.

Son xəbərlər

Orphus sistemi