Yuxarı
    Bağlamaq

    Müvəqqəti işlər vəkili: "ABŞ və ATƏT insan alveri ilə mübarizədə Azərbaycanı dəstəkləməyə davam edəcək"

    Derek Hoqan: İnsan alveri ilə mübarizə ABŞ üçün prioritet məsələdir

    Bakı. 20 noyabr. REPORT.AZ/ İnsan alveri ilə mübarizə ABŞ üçün prioritet məsələdir. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Derek Hoqan USAID və ATƏT-in Bakıda layihələr koordinatoru ofisi arasında bəyannamənin imzalanması zaman bildirib. 

    Onun sözlərinə görə, Azərbaycan insan alveri qurbanları hüquqlarının müdafiəsi istiqamətində müəyyən addımlar atıb. D.Hoqan qeyd edib ki, ABŞ və ATƏT insan alveri ilə mübarizədə Azərbaycanı dəstəkləmək üçün fəal iş görür. 

    O bildirib ki, bu günə qədər üç QTO-ya köməklik edilib, onlar da öz növbəsində 480 insan alveri qurbanlarına yardım ediblər. 

    "ABŞ və ATƏT insan alveri ilə mübarizədə Azərbaycanı dəstəkləməyə davam edəcək" - deyə, D.Hoqan bəyan edib. O vurğulayıb ki, bu iş müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi