​MSK sədri: “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi seçkiləri müşahidə etməyəcək”

​MSK sədri: “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi seçkiləri müşahidə etməyəcək” "Müəyyən neqativ hallar baş verə bilər, heç bir ölkədə ideal seçki keçirilmir"
Xarici siyasət
22 Dekabr , 2014 17:04
​MSK sədri: “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi seçkiləri müşahidə etməyəcək”

"Müəyyən neqativ hallar baş verə bilər, heç bir ölkədə ideal seçki keçirilmir"

Bakı. 22 dekabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, MSK sədri deyib ki, hər bir vətəndaş ölkədə keçirilən seçkilərdə aktiv olmalıdır. Onun sözlərinə görə, seçkidə bəzi çatışmazlıqlar ola bilər, bu da normal haldır: “Çünki bizdə seçki ilə bağlı tarixi ənənələr yoxdur. Müəyyən neqativ hallar baş verə bilər, heç bir ölkədə ideal seçki keçirilmir”.

M.Pənahov beynəlxalq miqyasda bir neçə seçkidə iştirak etdiyini və orada da çatışmazlıqlar olduğunu qeyd edib: “Bu, o demək deyil ki, həmin hallar qəsdən törədilir. Bizdə də pozuntu olarsa, onun qarşısını almaq lazımdır. Mətbuat nümayəndələri aktiv olmalıdır, seyrçi olmamalıdırlar. Nə baş verirsə, bizə bildirin. Beynəlxalq müşahidəçilərin mənə dedikləri iradlara ciddi yanaşıram. Jurnalistlər üçün də kifayət qədər imkanlar yaradılıb. Bilirsiniz ki, məntəqələr dairələrin taleyini həll edirlər, seçki komissiyası, vətəndaş və ya namizədlər hər hansı xoşagəlməz addımlar atırlarsa, bu dərhal MSK-ya bildirilməlidir. Yəni nə baş verib, demək lazımdır, şişirtmək lazım deyil”.

MSK sədri vurğulayıb ki, demokratiya heç bir xalqa, dövlətə məxsus deyil, ümumbəşəri dəyərdir: “Yəni seçkilər də demokratik keçirilməlidir. Biz də elə seçki keçirməliyik, kənardan pis görünməsin. Bunun üçün MSK nə lazımdırsa edib”.

M.Pənahov deyib ki, beynəlxalq müşahidəçilər parlament, prezident və bələdiyyə seçkilərinə fərqli münasibət sərgiləyirlər: “Bu, təbii haldır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə dəvət göndərmişdik. Onlar həmişə bizlə əmakdaşlıq edirlər. Amma bu seçkidə iştirak etmədilər. Bu da ola bilsin ki, ilin sonunun olması ilə əlaqədardır”.

MSK sədri seçkiləri ölkə üzrə 55 551 müşahidəçinin müşahidə edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi