​MSK sədri AŞPA həmməruzəçisini qəbul edib

​MSK sədri AŞPA həmməruzəçisini qəbul edib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
3 Mart , 2015 18:11
​MSK sədri AŞPA həmməruzəçisini qəbul edib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Tadeuş İvinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini və gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən həmməruzəçi Tadeuş İvinski qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran Komissiya sədri vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi