Mövlud Çavuşoğlu və Sergey Lavrovun görüşü başa çatıb - YENİLƏNİB

Mövlud Çavuşoğlu və Sergey Lavrovun görüşü başa çatıb - YENİLƏNİB Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Xarici siyasət
30 İyun , 2021 16:21
Mövlud Çavuşoğlu və Sergey Lavrovun görüşü başa çatıb - YENİLƏNİB
Mövlud Çavuşoğlu və Sergey Lavrov

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun görüşü başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin tvitterində məlumat yayılıb.

Tərəflər iki ölkə arasındakı əlaqələri və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.

16:21

Antalya şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“Report” xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edirlər.

Belə ki, XİN başçıları əməkdaşlığın inkişafını, təhlükəsiz turizm məsələlərini, “Sputnik V” vaksininin Türkiyədə tətbiqini, Suriya və Liviya məsələlərini nəzərdən keçirirlər.

Tərəflər, həmçinin Cənubi Qafqazda, xüsusilə də Qarbağdakı vəziyyəti müzakirə edirlər.

Son xəbərlər

Orphus sistemi