Mövlud Çavuşoğlu: "Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir"

Mövlud Çavuşoğlu: "Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir" "Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik".
Xarici siyasət
27 İyun , 2022 11:36
Mövlud Çavuşoğlu: Türkiyə, Azərbaycan və Qazaxıstan üç qardaş ölkədir

"Azərbaycan və Qazaxıstanla ikitərəfli münasibətlərimizi anlatmağa gərək yoxdur. Üç qardaş ölkəyik".

“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin bu gün Bakıda keçirilən birinci üçtərəfli iclasından sonrakı brifinqdə deyib.

"Hər sahədə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün səy göstəririk. Başda Türk Dövlətləri Təşkilatı olmaqla, beynəlxalq platformalarda çox sıx əməkdaşlığımız var", - XİN başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi