Moskvanın və Bütün Rusiyanın Patriarxı Prezident İlham Əliyevi təbrik edib

Moskvanın və Bütün Rusiyanın Patriarxı Prezident İlham Əliyevi təbrik edib Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Xarici siyasət
29 Dekabr , 2020 18:18
Moskvanın və Bütün Rusiyanın Patriarxı Prezident İlham Əliyevi təbrik edib
Patriarx Kirill

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikası Prezidentinin vəzifələrini yerinə yetirərək, həmvətənləriniz üçün firavan və dinc həyatın qurulması naminə yorulmadan çalışır, ölkədə millətlərarası və dinlərarası harmoniyaya əhəmiyyətli töhfə verirsiniz.

Sizə möhkəm cansağlığı, Prezident kimi ali və məsul fəaliyyətinizdə Qadir Allahdan kömək və uğurlar diləyirəm.

Bir-birinə qonşu olan Azərbaycan və Ermənistan xalqlarının bərəkətli torpaqlarında möhkəm və ədalətli sülhün bərqərar olması üçün Ulu Tanrıya dualar edirəm".

Son xəbərlər

Orphus sistemi