Yuxarı

Moldovalı ziyalılar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmasına çağırış edib

Moldovanın yaradıcı ziyalılarının nümayəndələrindən ibarət qrup Azərbaycanın Kişinyovdakı səfirliyində olub

Bakı. 12 aprel. REPORT.AZ/ Moldovanın yaradıcı ziyalılarının nümayəndələrindən ibarət qrup Azərbaycanın bu ölkədəki səfirliyində olub. "Report" xəbər verir ki, onlar Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev ilə görüşüb.

Görüş zamanı səfir qonaqlara Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı məlumat verib, Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozduğunu bildirib. O vurğulayıb ki, ermənilər ağır silahların istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrində yaşayan dinc əhalini intensiv atəş altında saxlayıb. Qeyd edilib ki, Ermənistan tərəfindən qəsdən həyata keçirilən təcavüzkar hərəkətlər nəticəsində Azərbaycan kəndlərinin mülki əhalisi arasında ölən və yaralananlar olub, şəxsi mülkiyyətə ciddi ziyan vurulub.

Görüşdə eyni zamanda Moldova Respublikasının keçmiş ombudsmanı, İctimai Palatanın sədri, tanınmış insan haqları müdafiəçisi Aureliya Qriqoriu da çıxış edib. Moldovanın yaradıcı ziyalılarının nümayəndələri onlara ətraflı məlumat verildiyi üçün səfirliyə təşəkkür edərək, erməni işğalçılarının barbar hərəkətlərinə son qoyulmasını və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən xüsusi müraciət qəbul edib.

Müraciəti imzalayanlar arasında ARTELIT Mədəniyyət Mərkəzinin prezidenti, Moldovanın Rəssamlar İttifaqının üzvü Elvira Çemortan-Voloşin, Moldova Respublikasının əməkdar artisti, Mariya Biyeşu adına Milli Opera və Balet Teatrının aparıcı solisti Liliya Şolomey, Mariya Biyeşu adına Milli Opera və Balet Teatrının solisti Gülnarə Raylean, "Picasso" Art-studiyasının rəhbəri Anjela Yurku, rəssamlar - Tatyana Frunze, Aleksandr Alavatskiy, İlya Leu, Valentina Sekrieru, Natali Prokop, İqor Moisey, Anna Pronina, Petru Koşlets və başqaları olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi