Moldovalı deputat: “Azərbaycanda prezident seçkiləri demokratik keçirilir”

Moldovalı deputat: “Azərbaycanda prezident seçkiləri demokratik keçirilir” Səsvermə prosesinin müşahidəsi göstərdi ki, Azərbaycanda prezident seçkiləri demokratik, beynəlxalq standartlar çərçivəsində keçirilir.
Xarici siyasət
7 Fevral , 2024 16:09
Moldovalı deputat: “Azərbaycanda prezident seçkiləri demokratik keçirilir”

Səsvermə prosesinin müşahidəsi göstərdi ki, Azərbaycanda prezident seçkiləri demokratik, beynəlxalq standartlar çərçivəsində keçirilir.

Bunu “Report”un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında beynəlxalq müşahidəçi, Moldova parlamentinin üzvü, Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitali Jakut deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Moldova arasında inkişaf edən münasibətləri nəzərə alaraq, Azərbaycanda prezident seçkilərinin Moldova parlamentariləri tərəfindən monitorinqi böyük əhəmiyyət kəsb edir:

“Bizim üçün burada olmaq çox vacib idi ki, Azərbaycana müəyyən qədər dəstək göstərək, eyni zamanda, proseslərin demokratik, beynəlxalq standartlar çərçivəsində aparıldığına və respublikanın demokratik inkişaf yolu ilə getdiyinə əmin olaq. İndi isə buna əmin oluruq. Xankəndiyə gəlməzdən əvvəl biz Şuşada olduq və burada həm seçki komissiyasının, həm də partiya müşahidəçilərindən olan nümayəndələr, Şuşa şəhərinin yerli sakinləri olan seçicilərlə ünsiyyətdə olduq”.

Son xəbərlər

Orphus sistemi