Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb İqor Dodonu Baş nazirin müavini İsmət Abasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar
Xarici siyasət
23 İyun , 2017 18:01
Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. 23 iyun. REPORT.AZ/ Moldova Respublikasının Prezidenti İqor Dodonun Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 23-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova Prezidenti İqor Dodonu hava limanında Azərbaycanın Baş nazirinin müavini İsmət Abasov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar. 

Son xəbərlər

Orphus sistemi