Moldova prezidenti: "Azərbaycan xalqı sabitliyi seçəcək"

Moldova prezidenti: "Azərbaycan xalqı sabitliyi seçəcək" İqor Dodon: "Seçkilər xalqın öz iradəsidir"
Xarici siyasət
16 Mart , 2018 13:39
Moldova prezidenti: Azərbaycan xalqı sabitliyi seçəcək
Report/ Elchin Murad

Bakı. 16 mart. REPORT.AZ/ "Hesab edirəm ki, Azərbaycan xalqı sabitliyi seçəcək".

"Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələni şərh edərkən Moldova Prezidenti İqor Dodon deyib.

O bildirib ki, seçkilər xalqın öz iradəsidir: "Kimə səs vermək məsələsi,- bu, Azərbaycan xalqının işidir. Amma düşünürəm ki, siyasi sabitlik hər bir ölkənin iqtisadi inkişafının təminatıdır". 

Son xəbərlər

Orphus sistemi