Moldova baş naziri Azərbaycan səfiri ilə görüşüb

Moldova baş naziri Azərbaycan səfiri ilə görüşüb Baş nazir qarşılıqlı etibar, hörmət və dəstək əsasında dialoqun gələcək inkişafının vacibliyini qeyd edib
Xarici siyasət
1346
3 Mart , 2016 21:40
Moldova baş naziri Azərbaycan səfiri ilə görüşüb

Bakı. 3 mart. REPORT.AZ/ Moldova Baş naziri Pavel Filip martın 3-də Azərbaycan səfiri Namiq Əliyevlə görüşüb. Tərəflər Moldova və Azərbaycan arasında münasibətlərin inkişafı aspektlərini müzakirə ediblər.

Baş nazir qarşılıqlı etibar, hörmət və dəstək əsasında siyasi, iqtisadi və humanitar dialoqun gələcək inkişafının vacibliyini qeyd edib.

Filip deyib: “Biz gələcəkdə də Azərbaycanın dəstəyinə ümid edir və ölkələrimiz arasında yaxşı və səmərəli əməkdaşlığa hazır olduğumuzu nümayiş etdiririk”.

Namiq Əliyev Moldovanı dəstəkləməklə bağlı Azərbaycanın mövqeyini təsdiqləyib və iki ölkə arasında qida və şərabçılıq sənayesi sahələrində ticari münasibətlərin fəallaşdılrılmasının vacibliyini vurğulayıb.

P.Filip və N.Əliyev ticari-iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclaslarının təşkili, habelə mədəniyyət sahəsində əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi