Moldova Azərbaycan vətəndaşları üçün iş icazəsini ləğv edə bilər

Xarici siyasət
  • 05 may, 2023
  • 10:51
Moldova Azərbaycan vətəndaşları üçün iş icazəsini ləğv edə bilər

Moldovada Azərbaycan vətəndaşları üçün iş icazəsinin verilməsi ləğv oluna bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Moldova Baş nazirinin müavini Dmitri Alayba belə bir təkliflə çıxış edib.

O bildirib ki, Gürcüstan, Ermənistan, Ukrayna vətəndaşları üçün də bu icazə ləğv oluna bilər.

Baş nazirin müavininin sözlərinə görə, sərmayədarlar yerli işçi qüvvəsinin azlığından narahatdırlar.