Yuxarı
    Bağlamaq

    Mixeil Canelidze: "Gürcüstan və Azərbaycan arasında əlaqələrin dərinləşməsi maraq dairəmizə daxildir"

    Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır

    Bakı. 29 avqust. REPORT.AZ/ "Gürcüstan və Azərbaycan arasında əlaqələrin dərinləşməsi və möhkəmlənməsi maraq dairəmizə daxildir".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər naziri Mixeil Canelidze Tbilisidə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra deyib.

    M.Canelidze bildirib ki, müntəzəm görüşlər məhz bu məqsədə xidmət edir.

    "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Bizi bir-birimizə çoxəsrlik xoş qonşuluq münasibətləri bağlayır", - deyə XİN başçısı əlavə edib.

    Onun sözlərinə görə, həmkarı ilə görüşdə əməkdaşlığın bütün əsas sahələri, o cümlədən ticari-iqtisadi sahədəki vəziyyət müzakirə olunub.

    "Bu baxımdan Gürcüstan və Azərbaycan böyük potensiala malikdirlər", - deyə gürcüstanlı nazir diqqətə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi