Mixalko: “Aİ və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir”

Mixalko: “Aİ və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir” “Avropa İttifaqı və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir”.
Xarici siyasət
9 Dekabr , 2022 17:29
Mixalko: “Aİ və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir”
Peter Mixalko

“Avropa İttifaqı və Azərbaycan yeni saziş üzrə danışıqları davam etdirir”.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycan və Avropa Şurası (AŞ) arasında 20 illik əməkdaşlığa həsr olunmuş Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Avropa Şurasının Bakıdakı Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da deyib.

"Aİ və Azərbaycan vətəndaş cəmiyyətinin inkişafı, investisiyalar, ticarət və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq yeni saziş üzrə danışıqları davam etdirir", - o bildirib.

"Azərbaycan ilə demokratiya, azadlıq, bərabərlik kimi eyni dəyərləri bölüşürük. İnsan hüquqları çox vacib mövzudur, Aİ və AŞ bütün prioritet sahələrdə qarşılıqlı fəaliyyət göstərməklə bir-birini tamamlayır", - səfir söyləyib.

Diplomat Avropa İttifaqının AŞ ilə Azərbaycan arasında bu il qəbul edilmiş 2022-2025-ci illər üzrə Fəaliyyət Planının həyata keçirilməsinə töhfəsini verdiyini diqqətə çatdırıb.

"Ümid edirəm ki, qarşılıqlı fayda kəsb edən əməkdaşlığımız davam edəcək", - Aİ səfiri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi