Mixail Qusman: “Heydər Əliyevin dünya tarixində misilsiz xidmətləri olub"
- 10 may, 2022
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Heydər Əliyevin müasir tarixdə, həmçinin dünya tarixində misilsiz xidmətləri olub. Gələn il Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olacaq”.
“Report”un xəbərinə görə, bu fikirləri Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbirdə deyib.
“Mən əminəm ki, dünyanın bir çox ölkələrində də Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Biz də jurnalistlər olaraq bu tədbirləri təşkil etməliyik. Elə bu gündən hansı işlərin görüləcəyi, hansı tədbirlərin təşkil ediləcəyini planlaşdırmalıyıq”.