Mişustin: Rusiya və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişafı prioritetdir

Mişustin: Rusiya və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişafı prioritetdir Rusiya və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişafı, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın mühüm istiqamətidir.
Xarici siyasət
13 Noyabr , 2024 17:10
Mişustin: Rusiya və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişafı prioritetdir

Rusiya və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişafı, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində ikitərəfli əməkdaşlığın mühüm istiqamətidir.

“Report”un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş naziri Mixail Mişustin Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı bildirib.

M.Mişustin danışıqlarda iştirak edən Rusiyanın Baş nazirinin müavini Viktor Savelyevin Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" dəhlizinin qərb marşrutu ilə fəal məşğul olduğunu bildirib.

"Bu, yük daşımalarının həcmini artırmağa və əmtəə axınlarının coğrafiyasını genişləndirməyə, Fars körfəzi və Hind okeanı limanları vasitəsilə qlobal Cənubun artan bazarlarına - Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiyaya çıxmağa imkan verəcək", - o vurğulayıb.

M.Mişustin həmçinin iki ölkə arasında nəqliyyat maşınqayırması sahəsində iri layihələri xatırladıb. O, Rusiya və Azərbaycanın milli valyutalarda ticarəti artırdığına diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi