Mişustin: "Moskva COVID-19 peyvəndinin istehsalı üçün Bakı ilə əməkdaşlığa hazırdır"

Mişustin: "Moskva COVID-19 peyvəndinin istehsalı üçün Bakı ilə əməkdaşlığa hazırdır" O qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır
Xarici siyasət
20 May , 2021 15:29
Mişustin: Moskva COVID-19 peyvəndinin istehsalı üçün Bakı ilə əməkdaşlığa hazırdır
Mixail Mişustin

Rusiya koronavirus əleyhinə peyvəndlərin istehsalı üçün Azərbaycanla əməkdaşlıq qurmağa hazırdır.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin Moskvada azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

M.Mişustin qeyd edib ki, Moskva və Bakı koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır.

O deyib ki, Rusiya Federasiyası operativ şəkildə Azərbaycana xüsusi test sistemləri, tibb mütəxəssislərindən ibarət qruplar göndərib, mayda isə “Sputnik V” peyvəndinin ilk partiyası Azərbaycana göndərilib.

“Biz həmçinin sizinlə birlikdə Rusiya peyvəndinin istehsalını təşkil etməyə hazırıq”, - M.Mişustin deyib.

Son xəbərlər

Orphus sistemi