Mişustin: "Azərbaycanla çoxillik tərəfdaşlıq münasibətlərimizi qiymətləndiririk"

Mişustin: "Azərbaycanla çoxillik tərəfdaşlıq münasibətlərimizi qiymətləndiririk" M.Mişustin vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanat bölgənin kompleks inkişafı üçün imkanlar açıb
Xarici siyasət
219
20 May , 2021 15:52
Mişustin: Azərbaycanla çoxillik tərəfdaşlıq münasibətlərimizi qiymətləndiririk
Mixail Mişustin
0 : 00
0 : 00

“Azərbaycanla çoxillik tərəfdaşlıq münasibətlərimizi qiymətləndiririk. Münasibətləri daha yüksək səviyyəyə çatdırmağın, onları yeni məzmunla zənginləşdirməyin vacib olduğunu hesab edirik. Koronavirus pandemiyası şəraitində ticarətin əhəmiyyətli dərəcədə azalmasına imkan vermədik və bu il onu, demək olar ki, 3,5 faiz artırdıq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədovla görüşdə deyib.

M.Mişustin vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra qəbul etdikləri bəyanat bölgənin kompleks inkişafı üçün imkanlar açıb: “Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, yeni marşrutların yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir”.

Son xəbərlər

Orphus sistemi