Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib Matəm üç gün davam edəcək
Xarici siyasət
10 Aprel , 2017 11:20
Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bakı. 10 aprel. REPORT.AZ/ Misirdə törədilmiş terror aktlarından sonra elan olunmuş matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Misirin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, matəm üç gün davam edəcək.

Xatırladaq ki, aprelin 9-da Misirdə xristian-qibtilərin kilsələrində törədilmiş iki partlayış nəticəsində azı 43 nəfər ölüb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 27 nəfər Tantadakı, 16 nəfər, o cümlədən üç polis isə İsgəndəriyyədəki kilsədə baş verən partlayışda həlak olub. Həmçinin 78 nəfərin Tantada, 40 nəfərin isə İsgəndəriyyədə yaralandığı barədə məlumat verilib. Hücuma görə məsuliyyəti üzərinə İŞİD terror qruplaşması götürüb.

Son xəbərlər

Orphus sistemi