Misir səfiri: “Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir”

Misir səfiri: “Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir” “Misir Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrliyini yüksək qiymətləndirir”.
Xarici siyasət
26 May , 2022 17:09
Misir səfiri: “Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edir”

“Misir Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid Afrika Gününə həsr olunan “Qoşulmama Hərəkatının qiymətləndirilməsində Afrika qitəsinin rolu” adlı konfransda deyib.

“Regionun sosial rifahı üzərində işləməliyik. Qoşulmama Hərəkatının bu prosesə töhfəsi əvəzedilməzdir. Hazırda dünyada yeni reallıq, yeni prioritetlər mövcuddur. Əsas diqqət Afrika qitəsində dayanıqlı sülh və inkişafın təmin edilməsinə yönəldilməlidir”, - səfir deyib.

Xatırladaq ki, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı ötən il 60 illiyini qeyd edib. Fəaliyyəti sülhün möhkəmlənməsi və qlobal birlik prinsiplərinə əsaslanan təşkilata hazırda Azərbaycan sədrlik edir.

Son xəbərlər

Orphus sistemi