Yuxarı

“Erməni soyqırımı” haqqında iddialar anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür"

Əli Həsənovun açıqlaması Misirin nüfuzlu media orqanlarında geniş işıqlandırılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsinə dair mətbuata verdiyi açıqlaması Misir mətbuatında geniş işıqlandırılıb.

"Report"un AZƏRTAC-a istindən veryi xəbərərə görə, xəbər portalları qeyd edirlər ki, Əli Həsənov bu qətnamənin qəbul edilməsinin hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən və xüsusilə Avropa Parlamentində ikili standartların və islamofob əhval-ruhiyyənin hökm sürdüyünün göstəricisi olduğunu vurğulayıb: “Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq. Amma bunun qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real yükü olan heç bir qərar qəbul etməyiblər”.

Misir mətbuatı yazır ki, Azərbaycan Prezidentinin köməkçisi “erməni soyqırımı” haqqında iddiaların subyektiv mülahizələrə söykəndiyinə, islamofob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürü olduğuna diqqət çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi