Misir dövlət başçısı: Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək

Misir dövlət başçısı: Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.
Xarici siyasət
8 İyun , 2024 13:13
Misir dövlət başçısı: Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.

“Report”un Qahirəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

O, həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib.

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək:

“Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik”, - deyə Əbdülfəttah əs-Sisi söyləyib.

Son xəbərlər

Orphus sistemi