Yuxarı

Minskdə MDB ölkələri Daimi Nümayəndələr Şurasının növbədənkənar iclası olub

. Şuranın növbəti iclasının martın 15-də keçirilməsi qərara alınıb

Bakı. 24 fevral. REPORT.AZ/ Minskdə MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin Təşkilatın nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbədənkənar iclası keçirilib.

MDB qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daimi nümayəndələr Birliyin MDB-nin vahid büdcəsindən maliyyələşdirilən orqanlarının fəaliyyətini və 2016-cı ildə Birliyin ali orqanlarının iclaslarına təqdim ediləcək sənədlərin hazırlanması planını müzakirə ediblər.

Müzakirələrin yekunu üzrə müvafiq qərar qəbul edilib. Şuranın növbəti iclasının martın 15-də keçirilməsi qərara alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi