"Milonov və onun kimiləri əslində anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar" - RƏY

"Milonov və onun kimiləri əslində anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar" - RƏY "Vitaliy Milonov və onun kimiləri əslində anti-Azərbaycan yox, anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar".
Xarici siyasət
18 Sentyabr , 2022 16:21
Milonov və onun kimiləri əslində anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar - RƏY

"Vitaliy Milonov və onun kimiləri əslində anti-Azərbaycan yox, anti-Rusiya siyasəti aparır, dövlət maraqlarına qarşı çıxırlar".

Bunu "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Vitali Milonovun açıqlamalarını şərh edərkən deyib.

"Milonov kimiləri üçün ağa qara demək normaldır. Çünki onlar diaspora satılıblar. Təəssüf ki, təbliğat uzun müddətdir davam edir. Rusiya ideoloqları Azərbaycanı Qərbin, Qərbin təbliğatçıları isə bizi Kremlin maraqlarına xidmət etməkdə ittiham edirlər. Onlar bundan təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Amma belə bəyanatlara ciddi yanaşmaq lazım deyil. Rusiyada Milonov kimi satılmış siyasətçilər çoxdur. Görünür, onlara parlamentdən aldıqları pul kifayət etmir. Ona görə də saxta təbliğat aparırlar. Beləliklə, daxili ictimai rəyi çaşdırmaqla yanaşı, həm də ikitərəfli münasibətlərə zərbə vururlar".

Ekspert vurğulayıb ki, Milonov gözünü açmalı və ikitərəfli əlaqələri, regional layihələri, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin nəticələrini yaxşı nəzərdən keçirməlidir.

Politoloqun sözlərinə görə, əslində Qərbin sifarişlərini yerinə yetirən Ermənistandır:

"Təəssüf ki, Ermənistan regional "oyunçuların" sayını artırmaqla Cənubi Qafqazda durumu gərginləşdirməyə çalışır ki, bu da konstruktiv mövqedən xəbər vermir".

Son xəbərlər

Orphus sistemi