Milli QHT Forumunun sədri: Azərbaycan və Gürcüstan Qərbin təzyiqlərinə qarşı birgə fəaliyyət göstərməlidir

Milli QHT Forumunun sədri: Azərbaycan və Gürcüstan Qərbin təzyiqlərinə qarşı birgə fəaliyyət göstərməlidir Qərbin təzyiqləri Gürcüstanda müstəqillik uğrunda mübarizə aparan təşkilatların fəaliyyətinə mane ola bilməyəcək.
Xarici siyasət
24 Oktyabr , 2024 17:52
 Milli QHT Forumunun sədri: Azərbaycan və Gürcüstan Qərbin təzyiqlərinə qarşı birgə fəaliyyət göstərməlidir

Qərbin təzyiqləri Gürcüstanda dövlətçilik və suverenliyi rəhbər tutan təşkilatların fəaliyyətinə mane ola bilməyəcək.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.

O, oktyabrın 21-də Tbilisidə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” konfransındakı əsas məsələ olan iki ölkə arasındakı dostluq əlaqələrindən danışıb:

“Geosiyasi müttəfiqlər kimi, Azərbaycanla Gürcüstan, həmçinin hər iki ölkədən olan ekspertlər Qərbin təzyiqləri əleyhinə birgə fəaliyyət göstərməlidir. Qərb mediası və siyasi institutlarında Gürcüstanla bağlı müxtəlif bəyanatlar verilir, seçkilərlə əlaqədar bu təzyiqlərin artacağı gözlənir. Biz Azərbaycan QHT-ləri olaraq, Gürcüstandakı mövcud situasiya ilə maraqlanırıq. Milli-mənəvi dəyərlərin qorunması və Gürcüstanın müstəqilliyi uğrunda fəaliyyət göstərən, dövlətçilik və suverenliyi rəhbər tutaraq aktiv fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq edirik. Birgə tədbirimiz də buna sübutdur”.

R.İsgəndərli konfransda qəbul edilən “COP29 QHT Koalisiyası”nın Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformalarının potensial mexanizmlərindən biri olacağını qeyd edib:

“Koalisiyaya 72 ölkədən 350 xarici QHT-nin qoşulması Azərbaycan vətəndaş cəmiyyəti üçün qlobal müstəvidə tarixi bir an olub və bu təşəbbüs böyük maraq doğurub. Biz hesab edirik ki, Gürcüstandakı seçkilərdən sonra da müstəqillik, suverenlik uğrunda mübarizə aparan bu təşkilatlar fəaliyyətlərini davam etdirəcəklər. Qərbin təzyiqləri bu sahədə hər hansı dəyişikliyə səbəb ola bilməyəcək”.

Son xəbərlər

Orphus sistemi