Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatları Moldovada keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün noyabrın 29-da Kişineu şəhərinə səfər edəcəklər. Bu barədə “Report”a MM-in mətbuat xidmətindən bildirilib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının xətti ilə, deputat Elton Məmmədov GUAM Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Mirkazım Kazımov isə nümayəndə heyətinin üzvü qismində seçki prosesini izləyəcəklər.
Millət vəkilləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər.
Səfər dekabrın 2-də başa çatacaq.