Milli Məclisin komitə sədri Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırıb

Milli Məclisin komitə sədri Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırıb Azərbaycan Milli Məclisinin AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili İrəvanda Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyanın Qarabağda yaşayan ermənilərin taleyi haqda narahatlığına münasibət bi
Xarici siyasət
23 Fevral , 2022 15:23
Milli Məclisin komitə sədri Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırıb

Azərbaycan Milli Məclisinin AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili İrəvanda Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyanın Qarabağda yaşayan ermənilərin taleyi haqda narahatlığına münasibət bildirib.

"Report"un xəbərinə görə, Tahir Mirkişili onun yəqin ki, Xankəndini nəzərdə tutduğunu deyərək ordakı iqtisadi, sosial vəziyyətin Azərbaycan tərəfində narahatlıq doğurduğunu vurğulayıb və ən doğru yolun ermənilərin tezliklə Azərbaycan vətəndaşlığını qəbul etməsi və sosial, iqtisadi resurslardan yararlanması olduğunu qeyd edib.

Azərbaycan və Ermənistanın gündəliyində sülhün, inkişafın olmasının vacibliyini qeyd edən deputat bu məsələlərdə parlamentlərin hökumətə və xalqa daim dəstək göstərməli olmasının vacibliyini xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi