Yuxarı
    Bağlamaq

    Milli Məclisin komitə sədri Berlinə səfər edəcək

    Millət vəkilləri Almaniya Bundestaqında olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər© conrtesy image

    Bakı. 9 mart. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev bu gün Almaniyanın paytaxtı Berlinə səfərə gedəcəklər.

    Bu barədə “Report”a parlamentdən məlumat verilib.

    Bildirilib ki, millət vəkilləri Almaniya Bundestaqında olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

    Səfər martın 15-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi