​Milli Məclisin deputatları NATO Parlament Assambleyasının 60-cı sessiyasına qatılacaqlar

​Milli Məclisin deputatları NATO Parlament Assambleyasının 60-cı sessiyasına qatılacaqlar Haaqa şəhərində qurumun illik sessiyası ilə bərabər, Siyasi, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək
Xarici siyasət
20 Noyabr , 2014 20:40
​Milli Məclisin deputatları NATO Parlament Assambleyasının 60-cı sessiyasına qatılacaqlar
Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) deputatları Tahir Süleymanov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 60-cı illik sessiyasında iştirak etmək üçün noyabrın 20-dən 25-dək Niderlandda səfərdə olacaqlar.

Bu barədə "Report"a MM-dən məlumat verilib. Haaqa şəhərində qurumun illik sessiyası ilə bərabər, Siyasi, İqtisadiyyat, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.

Toplantılarda Avropa enerji təhlükəsizliyi, Cənubi Qafqaz dəhlizi, Əfqanıstanda siyasi keçid dövrünün problemləri, Ukraynada geostrateji vəziyyət, bu ölkənin suverenliyinə dəstək, Suriyada və Aralıq dənizi hövzəsində qaçqınlar böhranının regional təsirləri, terrorçuluqla mübarizə, transatlantik ticarət və sərmayə tərəfdaşlığı üzrə qətnamə layihələri müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi