Yuxarı
    Bağlamaq

    Milli Məclisin deputatları AŞPA-nın komitə iclaslarında iştirak edəcək

    Sabir Hacıyev İslandiyaya, Sevinc Fətəliyeva Fransaya gedəcək

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Milli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İslandiya və Fransada keçiriləcək komitə iclaslarında iştirak edəcək.

    Parlamentdən "Report"a verilən məlumata görə, Sabir Hacıyev AŞPA-nın Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 25-də İslandiyanın paytaxtı Reykyavikə səfər edəcək. İclasda İŞİD terror qruplaşmasının maliyyələşməsi, Livanda vəziyyət, Avropada regional təhlükəsizlik üçün risklər, Qırğız Parlamenti ilə demokratiya naminə əməkdaşlığın inkişaf etdirilməsi və digər mövzularda müzakirələr aparılacaq. Deputat müzakirə olunan məsələlər barədə öz fikirlərini açıqlayacaq. Səfər sentyabrın 27-də başa çatacaq.

    Sevinc Fətəliyeva isə AŞPA çərçivəsində keçiriləcək tədbirlə əlaqədar sentyabrın 27-də Fransanın Strasburq şəhərinə səfər edəcək. Millət vəkili Uşaq hüquqları məsələləri üzrə müvəqqəti komitənin birinci iclasında iştirak edəcək, yığıncaqda qaldırılan məsələlərə münasibət bildirəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi