Milli Məclisin deputatı Moldovada prezident seçkilərini izləyəcək

Milli Məclisin deputatı Moldovada prezident seçkilərini izləyəcək Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq
Xarici siyasət
26 Oktyabr , 2016 18:36
Milli Məclisin deputatı Moldovada prezident seçkilərini izləyəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq. 

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, o, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da Moldovada keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək. 

Azərbaycan parlamentinin nümayəndəsi əvvəlcə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

Son xəbərlər

Orphus sistemi