Yuxarı
    Bağlamaq

    Milli Məclis bəzi vizalar üçün tələb olunan dövlət rüsumunu ləğvi ilə bağlı dəyişikliyi qəbul edib

    Birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək

    Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilib.

    “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

    Dəyişiklik layihəsinə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək.

    Qanuna təklif edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi müqavilə ilə təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilir.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi