Yuxarı

​Milli BMT Modeli Konfransı başa çatıb

Tədbir BMT-nin İnkişaf Proqramının 50 illik yubileyinə təsadüf edib

Bakı. 23 fevral. REPORT.AZ/ BMT-nin İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə dörd gün davam edən Milli BMT Modeli Konfransı bu gün öz işini tamamlayıb.

"Report" xəbər verir ki, 300-dən çox gənci bir araya gətirən konfransda BMT-nin Baş Assambleyası, Təhlükəsizlik Şurası, YUNESKO, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Telekommunikasiya İttifaqının iclaslarını simulyasiya edilib, müzakirələr əsnasında əsasında müvafiq qətnamələr qəbul edilib. Komitələrdə müvafiq olaraq BMT sistemində islahatların aparılması, qaçqın böhranının idarəedilməsi, şəxsi məlumatların mühafizəsi, münaqişə dövründə mədəni irsin qorunması məsələləri müzakirə edilib. Bu komitələrdən fərqli olaraq Təhlükəsizlik Şurasında Qarabağ münaqişəsi üzrə tarixi iclasın simulyasiyası baş tutub.

Müzakirələr nəticəsində hər komitədə “Ən yaxşı nümayəndə”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı” seçilib. “Ən yaxşı nümayəndə” nominasiyasının qalibləri xaricdə keçiriləcək BMT Modeli Konfranslarında iştirak hüququ qazanıblar. Bütün iştirakçilar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin bağlanışında gənclərin təşəbbüsü ilə hər iştirakçının təmsil etdiyi ölkənin mədəniyyətinin nümayişi ilə mədəniyyət gecəsi təşkil edilib.

Xatırladaq ki, tədbir BMT-nin İnkişaf Proqramının 50 illik yubileyinə təsadüf edib.

Konfrans Prezident İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılması idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi