Mikayıl Cabbarov: "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi mühüm strateji amildir"

Mikayıl Cabbarov: "Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi mühüm strateji amildir" "Türkiyə ilə dostluğa və qardaşlığa əsaslanan münasibətlərimiz çərçivəsində iqtisadi əlaqələrin genişlənməsi ölkələrimizin milli maraqlarına xidmət edən mühüm strateji amildir".
Xarici siyasət
28 Oktyabr , 2021 20:36
Mikayıl Cabbarov: Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi mühüm strateji amildir
0 : 00
0 : 00

"Türkiyə ilə dostluğa və qardaşlığa əsaslanan münasibətlərimiz çərçivəsində iqtisadi əlaqələrin genişlənməsi ölkələrimizin milli maraqlarına xidmət edən mühüm strateji amildir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində paylaşıb.

Paylaşımda həmçinin deyilir: “Türkiyə Banklar Birliyinin (Türkiye Bankalar Birliği) İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşümüzdə Azərbaycan-Türkiyə ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi apardıq”.

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitini, ölkəmizin investiya cəlbediciliyini, işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialını, zəngin təbii resurslara malik olduğunu diqqətə çatdırıb, biznes üçün geniş imkanları vurğulayıb. O, bildirib ki, Türkiyə Banklar Birliyi və "Ziraat Bank"ı ilə uğurlu əməkdaşlıq edilir və bu tərəfdaşlıq çərçivəsində 2019-cu ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ziraat Bank Azərbaycan” ASC və “Türk Eximbank” arasında əməkdaşlığa dair üçtərəfli Niyyət Protokolu, həmçinin KOBİA və Türk Katılım Bankları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

M.Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsində bank sektorunun rolunu qeyd edib, Bankla əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

A.Çakar isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirakını, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb, Bankın əlaqələrin genişləndirilməsində marağını ifadə edib.

Tərəflər "Zraat Bank"ın Azərbaycandakı fəaliyyəti, ticarət və investisiya sahəsində tərəfdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi